Ərdoğan: “Cənubi Qafqazda sülh üçün unikal fürsət yaranıb”
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, iclasdan sonra dövlət başçısı mətbuata açıqlamalar zamanı Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.
R.T.Ərdoğan bildirib ki, Cənubi Qafqazda mümkün sülh üçün unikal fürsət yaranıb.
“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Biz Azərbaycan və Ermənistanın səylərini yaxından izləyirik. Arzumuz odur ki, prosesi ləngitməyə çalışanlara fürsət verilməmiş bir an əvvəl yaxşı xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, – Türkiyə prezidenti bildirib.