Qvardiola dünyanın ən çox maaş alan baş məşqçisi olub
Dünyanın ən çox əməkhaqqı alan futbol məşqçilərinin adları açıqlanıb. “Mançester Siti” komandasının baş məşqçisi Pep Qvardiola siyahıya başçılıq edir.
Oxu.Az xəbər verir ki, onun illik qazancı 20 milyon funt sterlinqdir. İkinci sırada “Arsenal”ın (İngiltərə) çalışdırıcısı Mikel Arteta (15 milyon funt sterlinq) yer alıb.
Qeyd edək ki, ilk “üçlük”də isə Madrid “Atletiko”suna (İspaniya) rəhbərlik edən Dieqo Simeone qərarlaşıb – 13 milyon funt sterlinq.