PSJ apellyasiyanı uduzduqdan sonra da Mbappeyə 55 milyon avro ödəməkdən imtina etdi
PSJ klubu Fransa Peşəkar Futbol Liqasının ödəniş etmək tələbinə baxmayaraq, komandanın keçmiş hücumçusu Kilian Mbappeyə 55 milyon avro ödəməkdən təkrar imtina edib.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Oktyabrın 25-də komandanın keçmiş hücumçusu Kilian Mbappenin ödənilməmiş maaş və bonusları ilə bağlı PSJ-nin apellyasiyasını rədd edib.
Paris klubu bu qərarı yerinə yetirməyəcəyini bildirib. Məlumata görə, klub mübahisəni Fransa Futbol Federasiyası (FFF), Milli Olimpiya Komitəsi və ya əmək mübahisələri məhkəməsində davam etdirə bilər.
PSJ-yə liqa tərəfindən transfer qadağası şəklində sanksiyalar tətbiq oluna bilər.
Mbappenin Madrid “Real”ı ilə müqavilə imzalaması rəsmən iyunun 3-də elan edilib. Hücumçu İspaniya nəhənginə sərbəst agent statusunda keçib. Bundan əvvəl o, 2017-ci ildən PSJ-də çıxış edib.
Mbappenin “Real”ın heyətində İspaniya çempionatında ilk qolları dördüncü turda “Betis”ə qarşı matçda olub. O, dubl edib və Madrid klubu 2:0 hesabı ilə qalib gəlib. Sentyabrın 4-də Mbappe “Qızıl Top”a namizədlər siyahısına düşüb.