Kim Çen Inın bacısı Ukraynanı və Cənubi Koreyanı quduz itlərə bənzədib
Koreya Əmək Partiyası Mərkəzi Komitəsi şöbə müdirinin müavini Kim Yo Çjon, KXDR lideri Kim Çen Inın doğma bacısı, Cənubi Koreya və Ukraynanın “bir-birinə iki damla su kimi bənzədiyini” bildirərək, iki dövləti “ABŞ tərəfindən yetişdirilmiş quduz itlər” adlandırıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə onun Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilmiş şərhində deyilir.
“Seul və Kiyevin davranışlarına görə, təlaş içində olan, dilənçilik edən və nüvə silahına malik dövlətlərə qarşı geri dönüşü olmayan cəfəng sözlər deməyə cəsarət edənlər bir-birinə iki damla su kimi bənzəyirlər. Bunu ABŞ tərəfindən yetişdirilmiş quduz itlərə xas olan ümumi xüsusiyyətlər adlandırmaq lazımdır”, – deyə şərhdə bildirilib.
Kim Çen Inın bacısı, həmçinin Cənubi Koreyanın pilotsuz uçuş aparatlarının KXDR hava məkanını pozması ilə bağlı hadisələrlə əlaqədar cənubi Koreya tərəfini yenidən tənqid edib. Kim Yo Çjon qeyd edib ki, KXDR-in istintaq orqanları hadisələrin araşdırılmasını davam etdirir. “Və heç kim bilmir ki, bizim qisasımız və intiqamımız necə olacaq”, – deyə o əlavə edib.