Qərb Gürcüstana Rusiya ilə müharibəyə başlamasını təklif edib?
“Qərbin yüksəkrütbəli rəsmisi Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin Rusiya ilə müharibəyə başlamasını, bu müharibənin üç-dörd gün davam edəcəyini, sonra isə ölkənin partizan müqavimətinə başlamasını təklif edib”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.
“Keçmiş Baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram İrakli onunla söhbət edib. Ölkələrdən birinin (Qərb – TASS-ın qeydi) yüksəkvəzifəli məmurları onunla söhbət ediblər. İrakli soruşub: “Yaxşı, (Rusiya ilə) neçə gün vuruşmağımızı təxmin edirsiniz? Neçə gün dayana bilərik?” Onlar isə ona belə cavab veriblər: “Üç-dörd gün”. O belə deyib: “Bu üç-dörd günə görə bizi məhv edirsiniz?” Ona belə cavab veriblər: “Axı siz 3-4 milyonsunuz. Üç-dörd günə hamını öldürməyəcəklər ki. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz”, – İvanişvili bildirib.