Qırğızıstanda qar uçqunu nəticəsində altı nəfər itkin düşüb
Qırğızıstanın Cəlal-Abad vilayətində, Ak-Say vadisində yerləşən dağ silsiləsində baş verən qar uçqunu nəticəsində altı nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, oktyabrın 9-da 14 nəfərdən ibarət qrup dağlara çıxıb. Bir neçə gün sonra onlarla əlaqə kəsilib, axtarışlar nəticəsində səkkiz nəfəri xilas etmək mümkün olsa da, altı nəfər haqqında bu günə qədər heç bir məlumat yoxdur.
Axtarışlara yerli sakinlərin qoşulduğu da bildirilir.