“Barselona” əsas oyunçusundan məhrum oldu: 32 yaşlı futbolçu mövsümü erkən bitirdi
“Barselona” klubunun qolkiperi Mark-Andre ter Ştegen mövsümü başa vurub.
Oxu.Az xəbər verir ki, “Vilyareal”la oyunda rəqib oyunçu ilə toqquşmada ağır zədə alan və meydanı xərəkdə tərk edən Mark-Andre ter Ştegenə diz vətərinin yırtığı diaqnozu qoyulub.
Klub rəsmiləri qolkiperin zədəsinin ciddi olduğunu və mövsümü başa vurduğunu bildiriblər.
Qeyd edək ki, “Vilyareal” – “Barselona” görüşü qonaqların 1:5 hesablı darmadağını ilə başa çatmışdı.