Bakıda avtomobil 15 yaşlı oğlanı vurub
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, yolu keçən 2009-cu il təvəllüdlü Camal İsmayıl oğlu Muxtarovu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüklərinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.