Lvova raket zərbələri endirilib, yeddi nəfər ölüb, 35-dən çox adam yaralanıb
Ukraynanın Lvov şəhəri Rusiya silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, məlumatı təsdiqləyən Lvov şəhərinin meri Andrey Sadovı qeyd edib ki, raket hücumu nəticəsində yeddi nəfər ölüb, 38 adam yaralanıb.
Qeyd olunur ki, hücuma məruz qalmış ərazilərdə xilasetmə xidmətinin əməkdaşları işləyir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.