Alla Puqaçovanın qəsri “Disneyland”ə çevriləcək?
Rusiyalı şoumen Stas Baretski ölkədən köçən müğənni Alla Puqaçova və onun həyat yoldaşı, komediya ustası Maksim Qalkinin Qryaz kəndindəki qəsrindən “Disneyland” düzəltmək istəyir.
Oxu.Az xəbər verir ki, o, bu barədə life.ru ilə söhbətində danışıb.
“Mən Puqaçovanın qəsrindəyəm, onu gözləyirəm. Yeri gəlmişkən, yaxşı bir ideyam var, Puqaçovanın keçmiş qalasında “Disneyland” yaratmaq istəyirəm, yalnız rus “Disneyland”ı. Qoy insanlar sevinsinlər və yerli sakinlər üçün iş yeri olsun, buna görə də, düşünürəm ki, çoxlu turist gələcək. Nə isə yaxşı bir çey etmək istəyirəm!”, – deyə o etiraf edib.
Baretski əlavə edib ki, o, artıq “şeytan çarxının” quraşdırılması üçün avadanlıqlar alır, həmçinin qalanın ərazisində zoopark salmaq istəyir. Bundan əlavə, o, Puqaçovanın keçmiş qəsrində qorxu otağı tikəcəyini vəd edib, çünki çoxsaylı zirzəmiləri və geniş yeraltı hissəsi olan nəhəng bina bunun üçün idealdır.
“Həmçinin “əyri güzgüləri” olan əyləncə otağı və yunat dairələri də olacaq. Həm də “işgəncə muzeyi” açmağı düşünürük. Puqaçova və Qalkinin hovuzunda Nil timsahlarını və başqa heyvanları məskunlaşdıracağıq, bir sözlə, turistlərin görəcəyi çox şey olacaq. Burada Avropada ilanlar üçün ən böyük terrarium da olacaq!”, – deyə life.ru-nun həmsöhbəti öz layihəsini təsvir edib.