Şəhid oğlu: “Atam olmaqla yanaşı, ən yaxın dostum idi”
“31 ildir ki, yolunu gözləyirdik. Bu xəbər gələndə həm kədərləndik, həm də sevindik. Ona görə kədərləndik ki, sağ-salamat gəlməsini gözləyirdik, ancaq əksi oldu. Sevinməyimizin səbəbi isə odur ki, ən azından, ziyarət edə biləcəyimiz bir məzarı olacaq”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Əbülfəz Əbilovun oğlu Eynulla Əbilov deyib.
E.Əbilov sözlərini belə yekunlaşdırıb:
“O, atam olmaqla yanaşı, həm də ən yaxın dostum idi. Bütün şəhidlərimizin məkanı cənnət olsun, vətən sağ olsun!”
Məhərrəm Əliyev