Rusiyada beş yaşlı qız göbələkdən zəhərlənərək bir orqanını itirdi
Rusiyanın Ural bölgəsində beş yaşlı qızcığaz “Solğun amanita” (“Amanita phalloides”) adlı ölümcül zəhərli olan göbələkdən yeyib və zəhərlənib.
Bu barədə Oxu.Az “Ekaterinburq Onlayn” “Telegram” kanalına istinadən bildirir.
Məlumata görə, zəhərlənmə nəticəsində uşağın qaraciyəri sıradan çıxıb. Həkimlər qaraciyər çatışmazlığı diaqnozu qoyublar və təcili olaraq anasından qaraciyər köçürmək qərarına gəliblər.
Risklər çox böyük olub, çünki digər orqanlar da sıradan çıxa və ya beyin şişməsi başlaya bilərdi.
Moskvada baş tutan əməliyyat uğurla həyata keçirilib və hazırda qızcığaz bərpa olunur.
Qeyd edək ki, “Solğun amanita” ən zəhərli göbələk sayılır.