Nizami Səfərov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov seçicilərlə növbəti görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlər qazanır. O, Azərbaycanın hazırda regionun lider dövləti olduğunu, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin günü-gündən gücləndiyini diqqətə çatdırıb.
Deputatlığa namizəd Nizami Səfərov YAP-ın Azərbaycan cəmiyyətinin aparıcı siyasi kimi yüksək nüfuza malik olduğunu vurğulayaraq partiyanın seçki platforması haqqında ətraflı məlumat verib.
N.Səfərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən etimadı doğrultmağa çalışacağına söz verib.
Sonra təşviqat qrupunun üzvləri Paşa Muradov, Nəriman Şirinov çıxış edərək yeni dövrün yeni hədəflərinin reallaşması naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.