20 yaşlı Rəvanın müalicələri üçün dəstəyə ehtiyacı var
20 yaşlı Rəvanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Sucayət Məmmədova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə iflicdir:
“Rəvanın 20 yaşı var. Doğulan gündən iflicdən əziyyət çəkir. Əvvəllər onun müalicələrini, masajlarını vaxtlı-vaxtında etsək də, indi buna imkanımız çatmır. Müalicələri etmədikcə vəziyyəti daha da ağırlaşır. 2016-cı ildə yoldaşım vəfat edib, həmin gündən isə vəziyyətimiz daha da ağırlaşıb”.
Sucayət Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib:
“Biz Salyanda yaşayırıq. Rəvanın vəziyyətinə görə mən işləyə bilmirəm, ancaq onun pensiyası ilə dolanırıq. Hazırda müalicələr üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik”.
Ailə ilə əlaqə: (055) 569-00-83.
Kapital Bank: 5239 1517 4560 1164.