“Tükəndim” açıqlaması ilə “Kızılcık Şerbeti”ndən çıxan Müjde Uzman xəstəxanaya yerləşdirildi
Ötən aylarda “tükəndim” açıqlaması ilə gündəmə gələn məşhur türkiyəli aktrisa Müjde Uzmanın İzmirin Çeşme rayonunda vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə məşhur aktrisa özü paylaşım edib.
Sosial media hesabında xəstəxanadan bir şəklini izləyiciləri ilə paylaşan M.Uzman astma tutması keçirdiyini bildirib.
“Astmadan boğulanda… Yaxşı ki, Hasan tibb bacısı var. Amma gedə bilmədim. Bu Çeşme məni heç göndərmir də”, – deyə aktrisa yazıb.
Qeyd edək ki, Müjde Uzman son illərdə Türkiyənin ən populyar seriallarından olan “Kızılcık Şerbeti”ndə Alev rolunu ifa edirdi. Lakin bir neçə ay əvvəl o, tükənmişlik sindromuna tutulduğunu açıqlayaraq, serialdan çıxıb. Aktrisanın sağlamlıq problemləri hələ də davam edir.