Çin ən böyük kommersiya PUA-sını sınaqdan keçirdi
Çin kommersiya daşımaları üçün istifadə olunacaq ölkənin ən böyük ikimühərrikli pilotsuz uçuş aparatını (PUA) uğurla sınaqdan keçirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, avqustun 11-də Çin tərəfindən müstəqil olaraq hazırlanmış böyük ikimühərrikli pilotsuz nəqliyyat vasitəsi Tsiqonq şəhərində (Siçuan əyaləti) Fenminq Ümumi Aviasiya Hava Limanında ilk uçuş sınaqlarını keçirib və bu sınaqlar uğurlu hesab edilib. Testlər təxminən 20 dəqiqə davam edib.
Yeni tipli yük PUA-sının qanadlarının uzunluğu 16.1 metr, hündürlüyü 4.6 metr, yük bölməsi isə 12 kubmetrdir. Kommersiya yükü iki ton olan bu təyyarə Çin istehsalı olan ən böyük pilotsuz nəqliyyat vasitəsidir.