Əfqanıstan 2024-cü il Olimpiadasına namizəd olan qadın idmançıları tanımadığını elan edib
Əfqanıstan Milli Olimpiya Komitəsi (MOK) Parisdə Olimpiya Oyunlarında iştirak edəcək qadınların tanınmadığını elan edib.
Oxu.az championat.com saytına istinadən verdiyi məlumata görə, bu barədə MOK-dan bəyan edilib.
Bildirilir ki, Parisdə Əfqanıstandan olan 11 idmançı çıxış edəcək, onlardan altısı ölkənin Milli Olimpiya Komitəsinə daxildir (üç qadın dövlət orqanları tərəfindən qəbul edilmir), beşi isə Beynəlxalq Olimpiya Komitəsinin qaçqınlar komandasının bir hissəsidir.
“Əfqanıstanda qadın idmanının dayandırılması ilə idmançılar ölkədən deyil, BOK-dan göndərilib. Biz onların 2024-cü ildə Parisdə iştirakını tanımırıq. Yalnız üç kişi idmançını tanıyırıq”, – deyə MOK-un baş direktoru bildirib.
Qeyd edək ki, Əfqanıstan Milli Olimpiya Komitəsi “Taliban”ın hakimiyyəti altındadır.