XİN rəhbərlərinin “3+3” formatında növbəti görüşünün məkanı açıqlanıb
Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən bildirir.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani xatırladıb ki, platformada iştirak edən xarici işlər nazirlərinin sonuncu iclası Tehranda keçirilib.
Xatırladaq ki, “3+3” qrupunun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin – Ermənistan, Rusiya, İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Bu beş ölkənin nazirlərinin iştirakı ilə daha bir görüş 2023-cü ilin oktyabrında İranda keçirilib.