SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”
“Azərbaycanda “yaşıl enerji”yə keçid bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”.
“Report”xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
“İstənilən siyasi qərar bu keçidin istiqamətinə və sürətinə təsir edəcək. Bu baxımdan hər şey razılaşdırılmalı, bütün maraqlı tərəflər bu məqsədə çatmaq üçün öz fəaliyyətlərini əlaqələndirməlidirlər”, – R.Nəcəf vurğulayıb.