Britaniyanın yeni hökuməti 40 min məhbusu azad edəcək
Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer həbsxanaların həddindən artıq çox məhbusla dolması səbəbi ilə 40 min məhbusu azad etməyi planlaşdırır.
Yerli mətbuat bu barədə Britaniya Ədliyyə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.
Qərarın dörd ildən az müddətə azadlıqdan məhrum edilmiş cinayətkarlara şamil olunması planlaşdırılır.
Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində qalib gəlib.
Mənbə: “The Times”