“Game of Thrones”un ulduzu ərindən boşanması haqqında: “Şokdayam”
“Game of Thrones”un ulduzu ərindən boşanması haqqında: “Şokdayam”
“Game of Thrones” (“Taxt oyunları”) filminin ulduzu, aktrisa Sofi Törner ilk dəfə Co Conasdan boşanması barədə danışıb.
“Ağrılı idi, bir ana kimi atdığım hər addıma görə əzab çəkirəm. Nə qədər insanın sadəcə fotoşəkillərə əsaslanaraq hər cür cəfəngiyatı uydurması və yazması inanılmazdır. Bir şəkil min söz deyə bilər, amma bu mənim hekayəm deyil. Mənə elə gəldi ki, həyatım haqqında yazmadığım, prodüseri olmadığım və rol almadığım bir qorxu filminə baxıram. Bu şok idi. Mən hələ də şokdayam”, – deyə Terner bildirib.
Mənbə: Gazeta.ru