Mikayıl Cabbarov belaruslu nazirlə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyini müzakirə edib – FOTO
Mikayıl Cabbarov belaruslu nazirlə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyini müzakirə edib – FOTO
“Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
“Nazirə Azərbaycanda həyata keçirilən antiinhisaryönümlü islahatlar barədə məlumat verdik, həmçinin ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – deyə M.Cabbarov qeyd edib.
#Belarus Respublikasının antiinhisar tənzimlənməsi və #ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşdə ölkələrimiz arasında #iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd etdik. #Azərbaycan-da həyata keçirilən #antiinhisar yönümlü islahatlar barədə… pic.twitter.com/FL9j5PIqvT
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 16, 2024