Akif Məlikov işdən çıxarıldı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
“Aztime.az“ “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.
Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.
Xatırladaq ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilib. Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin müəssisədə çalışma müddətinin uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.