Çavuşoğlu Fransanın “Charlie Hebdo” jurnalını kəskin tənqid etdi – FOTO
Çavuşoğlu Fransanın “Charlie Hebdo” jurnalını kəskin tənqid etdi – FOTO
“Humanizm anlayışlarından uzaq “Charlie Hebdo” türk xalqını təhqir etməyə davam edir. Unutmayın ki, pisliyə təşviq edənlər hər zaman öz nifrət və fəsadları içində boğularlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “Charlie Hebdo” jurnalının Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təxribat xarakterli nəşrini kəskin tənqid edərkən bildirib.
“Türk xalqının iradəsinə və onun azadlıq istəyinə qalib gələ bilməyənlər (Türkiyə əleyhdarları) çarəsizlik içində hər cür hiylələrə əl atırlar”, – deyə Çavuşoğlu özünün “Twitter” hesabında yazıb.
İnsanlıktan nasibini almamış rezil Charlie Hebdo Türk Milleti’ne hakaret etmeye devam ediyor.
Unutmayalım! Kötülüğe methiye düzenler, her zaman kendi nefret ve fesatlıklarında boğulurlar.
Asıl ibretlik olan, Türk Milleti’nin özgür iradesini çeşitli oyunlarla alt edemeyenlerin…
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 17, 2023