Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub
Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub
“Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır”.
Bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetindən (Böyük Britaniya) Sebastyan Mora Hernandez bildirib.
Mütəxəssisin sözlərinə görə, daimi məşq bədənin maddələr mübadiləsinin bir çox aspektlərini tənzimləyir. Məsələn, onlar müəyyən hormonların (məsələn, insulin və estrogen kimi) aktivliyinə və konsentrasiyalarına təsir göstərir.
Fiziki fəaliyyət həmçinin hüceyrə bərpasını, lazım olduqda isə əksinə hüceyrə məhvini stimullaşdırmaqla hüceyrə funksiyasını yaxşılaşdırır. Həkim vurğulayıb ki, məhz zədələnmiş və ya arzuolunmaz hüceyrələrin aradan qaldırıla bilməməsi xərçəngin yaranmasına səbəb olan faktordur.
İdmanla məşğul olmaq aşağı dərəcəli xroniki iltihabı yatırır, bu da təkcə xərçəngə deyil, həm də ürək-damar xəstəliklərinə qarşı da faydalı təsir göstərir.
Mənbə: Gazeta.ru