Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.
Bu barədə o, mətbuat konfransında bəyan edib.
“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmağı əmr etsəm, nə baş verəcək? Müharibə başlayacaq. Bu müharibə isə müəyyən mənada qeyri-qanuni olmayacaq”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Tavuşdakı sərhəd sütunlarını Ermənistanın təhlükəsizliyinin təminatı adlandırmışdı.
Mənbə: TASS