Təsərrüfatlarına ziyan dəymiş fermerlərin NƏZƏRİNƏ
Təsərrüfatlarına ziyan dəymiş fermerlərin NƏZƏRİNƏ
Son günlər Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, temperaturun aşağı düşməsi, leysan yağışları, ayrı-ayrı rayonlarda dolu və qar yağıntıları əkin sahələrinə, bağlara zərər vurub.
Bu barədə Oxu.Az-a Aqrar Sığorta Fondundan məlumat verilib.
Məlumata görə, mayın 4-dən başlayaraq rayonlarda hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlər 1651 Çarğı Mərkəzinə müraciət edərək Aqrar Sığorta Fondunu məlumatlandırırlar.
Son üç gündə təsərrüfatlara zərər dəyməsi ilə bağlı Çağrı Mərkəzinə 7 rayon üzrə 20 müraciət daxil olub. Fermerlərin müraciətləri əsasında bölgələrə ekspertlərin ezam olunması nəzərdə tutulur. Ekspertlər sığortalanmış təsərrüfatlara dəyən zərəri yerində aktlaşdıraraq Aqrar Sığorta Fonduna təqdim edəcəklər.