Simonyan: “Ermənistanda hakimiyyət yalnız seçki yolu ilə dəyişə bilər”
Simonyan: “Ermənistanda hakimiyyət yalnız seçki yolu ilə dəyişə bilər”
“Ermənistanda hakimiyyət ancaq 2026-cı ildə və yalnız seçki yolu ilə dəyişə bilər”.
Bu sözləri Ermənistan parlamentin sədri Alen Simonyan erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) İrəvana doğru təşkil etdiyi yürüşə münasibət bildirərkən deyib.
A.Simonyan əlavə edib ki, Ermənistan xalqı 2018-ci ildə seçdiyi hakimiyyətə olan münasibətini 2021-ci ildə yenidən onu dəstəkləməklə ifadə edib.
Məlumat üçün əlavə edək ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatı Azərbaycan kəndlərinin qaytarılmaması tələbi ilə sərhəddə yerləşən Xeyrimli kəndindən İrəvana qədər yürüşə başlayıb.
Mənbə: Sputnik Ermənistan