Ağdərədə sümük fraqmentləri aşkarlandı
Ağdərədə sümük fraqmentləri aşkarlandı
Ağdərədə sümük fraqmentləri aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində mayın 5-də yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.