Çempionlar Liqası: “Borussiya” – PSJ matçının taleyini bir qol həll etdi – VİDEO
Çempionlar Liqası: “Borussiya” – PSJ matçının taleyini bir qol həll etdi – VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci görüşü baş tutub.
Oxu.Az xəbər verir ki, Almaniyada Dortmund “Borussiya”sı ilə “Paris Sen-Jermen” üz-üzə gəlib.
Görüşün taleyini bir qol həll edib. Fülkruq 36-cı dəqiqədə fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, bu cütün cavab matçı mayın 7-də keçiriləcək.
Xatırladaq ki, ötən gün ilk yarımfinal oyununda “Bavariya” “Real Madrid”lə sülh bağlayıb – 2:2.