Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Britni Spirs atası Ceymi Spirslə bağlı məhkəmədən kənar qərarın ədalətsiz olduğunu açıqlayıb.
Spirsin dediyinə görə, yaşadığı problemlər nəticəsində kürəyində nevroloji problemlər yaranıb. Hətta bir dəfə ağrılar səbəbindən sənətçi qapıya çatmaq üçün sürünməli olub.
“Ailəm məni sarsıtdı! Nə ədalət var, nə də olacağı gözlənilir!” , – deyə müğənni bildirib.
42 yaşlı müğənni ailəsi ilə üz-üzə gəlməkdən qorxduğu üçün sosial şəbəkələrdə tənqid etməyə üstünlük verdiyini də bildirib. O, həmçinin uşaqlıqda yaşadığı Luizianadakı evə baş çəkə bilmədiyindən təəssüfləndiyini bildirib.
“Gəlmək istərdim, amma əlimdən alıblar!”, – o bildirib.
Qeyd edək ki, Britni Spirs atası Ceymi Spirslə məhkəmədə qəyyumluq iddiasına görə üz-üzə gəliblər.
Mənbə: Gazeta.ru