Gürcüstan Parlamentində müzakirələr yenə dava ilə nəticələndi – VİDEO
Gürcüstan Parlamentində müzakirələr yenə dava ilə nəticələndi – VİDEO
Gürcüstanda “xarici agentlər” barədə qanun layihəsinin müzakirəsi parlamentdə yenə davaya səbəb olub. Bu dəfə “Avro-optimist” deputat Xatiya Dekanoidze “Xalqın Gücü” partiyasının deputatı Quram Maçaraşvilinin başına su butulkası atıb.
İnsident Hüquq Məsələləri Komitəsinin iclasında baş verib.
Maçaraşvilinin müxalifət deputatı “satqın” adlandırması Dekanoidzeni qıcıqlandırıb.
“Onlar vətənlərini satdılar. Həqiqət acıdır”, – deyə Maçaraşvili sözlərinə davam edib.
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidentinin komandasından olan bir sıra eks-məmur Ukraynada siyasi karyerasını Mixail Saakaşvili ilə birlikdə davam etdirərək, Gürcüstan vətəndaşlığından imtina etmiş və Ukrayna vətəndaşlığını qəbul etmişdi. Onların arasında Xatiya Dekanoidze də var.
Qadın deputat hadisədən sonra komitə iclasını tərk edib.
Məlumata görə, hazırda 11 müxalifətçi deputat zaldan çıxarılıb, daha bir neçəsi etiraz əlaməti olaraq iclası tərk edib.
Xatırladaq ki, aprelin ortalarında da sözügedən qanun layihəsinin müzakirəsi zamanı kütləvi dava olub.
Mənbə: Sova.news