Nazir bağça müəllimləri barədə: “Niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil” – VİDEO
Nazir bağça müəllimləri barədə: “Niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil” – VİDEO
“5881 nəfər tərbiyəçi-müəllimin məktəbəqədər təhsil sahəsi üzrə ali və orta ixtisas təhsilli yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir:
“İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əməkhaqqı artımına baxıla bilər. Əgər qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedaqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur”.
O qeyd edib ki, hazırda məktəbəqədər təhsil sahəsində kütləvi ixtisarlarla bağlı plan yoxdur:
“Bizim niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil”.
İlhamə Əbülfət