ABŞ Maliyyə Nazirliyi ölkədə müvəqqəti defolt tarixini açıqladı
ABŞ Maliyyə Nazirliyi ölkədə müvəqqəti defolt tarixini açıqladı
ABŞ Maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.
Bu barədə nazirin ABŞ Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib.
“Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”, – deyə sənəddə vurğulanıb.
Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb.
Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ-də defolt halında bütün dünya üçün problemlər olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, o, respublikaçıların bu böhrana görə məsuliyyət daşıdığını bildirdi.
Mənbə: TASS