Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən iki pillə geriləyərək 38,32 Mb/san sürətlə 117-ci yerdə qərarlaşıb.
Bu, bir il əvvəlki göstərici (27,84 Mb/san) ilə müqayisədə 38% artım deməkdir.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (284,13 Mb/san), sonuncu yeri isə Kuba (2,92 Mb/san) tutub.
Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda üç pillə irəliləyərək 50,12 Mb/san sürətlə 148 ölkə arasında 56-cı olub.
Mobil internetin sürətinə görə birinci yeri Qətər (313,30 Mb/san), sonuncu yeri isə Kuba (4,01 Mb/san) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən bir pillə irəliləyərək 195 şəhər arasında 39,90 Mb/san sürətlə 134-cü yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (308,05 Mb/san) başçılıq edib. Sonuncu pillədə Havana (2,10 Mb/san) qərarlaşıb.
Azərbaycan paytaxtı martda mobil internetin sürətinə görə 59,78 Mb/san sürətlə əvvəlki aya nisbətən üç pillə irəliləyərək 168 şəhər arasında 74-cü yerdə qərarlaşıb.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (427,38 Mb/san), sonuncu yeri Havana (5,08 Mb/san) tutub.
Mənbə: “Speedtest Global Index”