ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir – SƏBƏB
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir – SƏBƏB
ABŞ-nin Rusiyadakı səfirliyi diplomatik missiyanın ərazisinə daxil olan suyun keyfiyyətinin qiymətləndirilməsi üçün göstəriş verib.
Bu, ABŞ-nin dövlət satınalmaları portalının məlumatlarından irəli gəlir.
9 min ABŞ dolları (15,3 min manat) dəyərində tender bildirişi 8 aprel 2024-cü il tarixində qeydə alınıb. Satınalma məlumat bazasına əsasən, Moskvada ilk dəfədir ki belə laboratoriya işləri aparılır. Bunun üçün əsas ABŞ mediasının “Havana sindromu” ilə Rusiya kəşfiyyat xidmətlərinin işi arasında əlaqə haqqında fərziyyələri olub.
Kreml bu ittihamları əsassız adlandırıb.
Xatırladaq ki, 2023-cü ildə ABŞ-nin Rusiya Federasiyasındakı yeni səfiri Linn Treysi 12 min dollar dəyərində təhlükəsiz telefonla təmin edilib.
Mənbə: octagon.media