Dayısından borca pul istədi, rədd cavabı aldığı üçün cinayətə əl atdı – FOTO
Dayısından borca pul istədi, rədd cavabı aldığı üçün cinayətə əl atdı – FOTO
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Əliyev də saxlanılıb. Ev sahibinin toyda olmasından istifadə edən İ.Əliyevin mənzildən 1500 manat oğurladığı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, İ.Əliyevin oğurluq etdiyi ev dayısına məxsus olub. O, bir müddət öncə dayısından borca pul istəyib. Ancaq dayı bacısı oğlunun istəyini ürəyində qoyub. Bundan qəzəblənən İlkin Əliyev dayısının öz oğluna toy etdiyi gün evdə heç kim olmamasından istifadə edib və cinayət əməlini törədib.
Bundan başqa, rayon sakini Arif Apoyev rayon ərazisindəki inzibati binalardan birinə daxil olaraq oradan dəyəri 1000 manat olam kompüter avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxsin əvvəl də analoji cinayət törətməsi məlum olub.
Şübhəli şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.