İsrail XİN başçısı Xameneinin adını işarələyib xəbərdarlıq etdi – FOTO
İsrail XİN başçısı Xameneinin adını işarələyib xəbərdarlıq etdi – FOTO
İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.
O, bu barədə özünün “X” hesabında yazıb.
“İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək”, – paylaşımda bildirilib.
Paylaşımda digər bir maraqlı məqam isə İsrail XİN başçısının öz paylaşımına İranın ali dini rəhbəri Seyid Əli Xameneinin “X” hesabını işarələməsidir.