Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb – YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb – YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.
Oxu.Az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 08:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.
Qeyd edək ki, bayram namazı Əjdərbəy və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə bayram namazı saat 09:00- da qılınacaq.
Xatırladaq ki, İçərişəhər Cümə məscidində bayram namazı məscidin axundu Surxay Məmmədli tərəfindən saat 09:00-da qılınacaq.
08:34
Bakıda Ramazan bayramı münasibəti ilə namaz qılınıb.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin rəhbərliyi ilə Əjdərbəy məscidində qılınıb.
Daha çox foto burada: PhotoStock.Az
Nəzrin Vahid, Könül Cəfərli