Ermənistanın siyasi iradəsizliyi: Zəngəzur dəhlizinin açılmasına maneələr yaradılır – VİDEO
Ermənistanın siyasi iradəsizliyi: Zəngəzur dəhlizinin açılmasına maneələr yaradılır – VİDEO
Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan biri də nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi səyləridir.
Lakin bu istiqamətdə əsas rola malik olan Zəngəzur dəhlizi layihəsi region üçün geniş perspektivlər vəd etsə də, Ermənistanın siyasi iradəsizliyi dəhlizin açılmasına maneələr yaradıb.
Alternativ olaraq da Xınzirək yolu və Pəmbək dəhlizi kimi təkliflər irəli sürülüb. Bəs bu yollar Zəngəzur dəhlizinə nə qədər alternativdir və ümumiyyətlə, regional inkişaf baxımından hansı yol daha əlverişlidir?
Hərbi ekspert Azər Bayramov bildirib ki, Pəmbək və Xınzirək yollarının əsas hissəsi dağlıq ərazidən ibarət olduğu üçün bu yollardan istifadə qış fəsli üçün əlverişli deyil. Bu baxımdan ən əhəmiyyətli dəhliz Ağbənd-Mehri və Naxçıvan istiqamətlərini əhatə edən və ilin bütün fəslində işlək olan Zəngəzur dəhlizidir:
“Bu ərazidən yüklərin daşınması təkcə avtomobillə deyil, dəmir yolu xətti ilə də mümkündür. Belə hesab edirəm ki, bu xəttin açılması nəinki Azərbaycan və Türkiyə, eyni zamanda Ermənistan üçün də ciddi əhəmiyyət kəsb etməlidir”.
Daha ətraflı Baku TV-nin süjetində: