Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi
Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi
Rusiyanın “Azimut” Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib.
Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbər verilib.
“Bakıya uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək: Həştərxana eniş – 08:35, Bakıya uçuş – 09:35. Bir istiqamətdə səyahət vaxtı – 1 saat 30 dəqiqədir”, – deyə məlumatda bildirilir.
Biletlərin artıq satışda olduğu vurğulanıb.
Qeyd edək ki, fevral ayında şirkət səbəb göstərmədən Həştərxandan Bakıya birbaşa uçuşları dayandırmışdı.
Bundan əvvəl Rusiyanın “Ural Hava Yolları” şirkətinin Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcəyini xəbər vermişdik.
Mənbə: TASS