Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək – CƏDVƏL
Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək – CƏDVƏL
Rusiyanın “Ural Hava Yolları” şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək.
Bu barədə şirkətin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, uçuşlar aprelin 26-da başlayacaq.
Məlumata görə, Jukovski-Bakı marşrutu üzrə uçuşlar cümə və şənbə günləri saat 20:30-da, əks istiqamətdə – şənbə və bazar günləri 1:45-də yerinə yetiriləcək.
Mənbə: Urbc.ru