Bakıda 33 ölkənin komandası mübarizə aparacaq
Bakıda 33 ölkənin komandası mübarizə aparacaq
Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Ən çox iştirakçı yunan-Roma güləşində olacaq. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.
Biletlərin “iTicket” vasitəsilə satışı sürətlə davam edir. Artıq satışa çıxarılan biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya iticket.az saytından onlayn qaydada əldə etmək mümkündür.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə iki güləşçi Parisə – Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.