Azərbaycan etiraz etdi, Brüsseldəki məruzə ləğv olundu
Azərbaycan etiraz etdi, Brüsseldəki məruzə ləğv olundu
Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Avronest Parlament Assambleyasının (PA) Enerji Təhlükəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün Azərbaycan nümayəndə heyəti sənədi etirazla qarşılayıb.
“Report” xəbər verir ki, deputatla aparılan görüşlər kompromis variant hazırlamaq üçün nəticə vermədiyindən məruzənin tamamilə ləğvinə nail olunub.
Müzakirədə çıxış edən deputatlar Vüqar Bayramov, İltizam Yusifov və Razi Nurullayev enerji təhlükəsizliyi və yeni enerji infrastrukturlarının inşa edilməsində Azərbaycanın rolu, yaşıl enerjiyə keçidin vacibliyi, Azərbaycanda COP29 tədbirinin keçirilməsinin dünyaya verəcəyi töhfə haqda fikirlər səsləndirib.
İclasda Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu “Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması” olaraq seçilib.