İranda zəlzələ baş verib
İranda zəlzələ baş verib
İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Verilən məlumata görə, yeraltı təkanların episentri təxminən 1,24 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 216 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Mənbə: TASS