Səudiyyə Ərəbistanında 20 mərtəbəli bina hündürlüyündə yeni “Formula-1” treki hazırlanıb – VİDEO
Səudiyyə Ərəbistanında 20 mərtəbəli bina hündürlüyündə yeni “Formula-1” treki hazırlanıb – VİDEO
Səudiyyə Ərəbistanında, paytaxt Ər-Riyaddan 45 kilometr aralıda salınan əyləncə şəhəri Kiddiyada yeni yarış treki hazırlanıb. Tərtibatçılar avtodromun təfərrüatını paylaşıblar.
Qeyd olunub ki, trekin bir tam dövrəsi 21 döngədən ibarətdir. Birinci döngə 20 mərtəbəli binanın hündürlüyündə olacaq. Bundan əlavə, trekdə üç “DRS” zonası (havaya qarşı müqaviməti azaldan xüsusi sistemin aktivləşdirildiyi sahə) olacaq. Pilotların çata biləcəyi maksimal sürət 325 kilometr/saat hesablanıb. Tam dövrənin uzunluğu hələ dəqiqləşdirilməyib.
Trekin dizaynı üzərində “Formula-1”in keçmiş pilotu Aleks Vürs və məşhur dizayner Herman Tilkenin başçılıq etdiyi arxitektor bürosu çalışıb.
Hazırda Səudiyyə Ərəbistanı Qran-prisi Ciddədə dənizkənarı bulvarda keçirilir və 2027-ci ilə qədər təqvimdə qalması nəzərdə tutulub. Cari mövsümdə Səudiyyə Ərəbistanı Qran-prisi bu həftəsonu – martın 7-dən 9-dək keçiriləcək.
Mənbə: Championat.com