Elməddin Cəfərov böyük məbləğdə qonorardan niyə imtina edib? – VİDEO
Elməddin Cəfərov böyük məbləğdə qonorardan niyə imtina edib? – VİDEO
“Türkiyədən indiyədək görmədiyim çox yüksək miqdarda qonorar verirdilər. İmtina etdim”.
Oxu.Az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Xəzər axşamı” proqramında deyib.
O, daha sonra böyük məbləğdə qonorardan imtina etməsinin səbəbini açıqlayıb:
“Pandemiya vaxtı Türkiyədən təkliflər gəlirdi. Lakin həmin vaxt heç evdən çıxa bilmirdik, nəinki filmə çəkilmək. Keçən il də yaxşı bir təklif aldım, indiyədək heç görmədiyim yüksək qonorar verirdilər. Qəbul etmədim, çünki bir müddət öncə Türkiyədə uzun müddət qalmışdım, o vaxt çox sıxıldım. Uzun müddət başqa yerdə qala bilmirəm. Elə şeylər var ki, mənim üçün maddiyyatdan ötədir”.
Cansu Məmmədli