Husilər ABŞ-nin məxfi sualtı dronunu ələ keçirdilər – FOTO/VİDEO
Husilər ABŞ-nin məxfi sualtı dronunu ələ keçirdilər – FOTO/VİDEO
Yəmən husiləri ABŞ-nin məxfi sualtı dronunu ələ keçiriblər.
Bu barədə “Ənsar Allah” hərəkatının üzvləri sosial şəbəkələrdə kadrlar paylaşıblar.
Qeyd edilib ki, söhbət ABŞ-də ən müasir sualtı kəşfiyyat aparatlarından biri olan “Remus 600”dən gedir.
Yeri gəlmişkən, qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yunanıstan bayrağı altında üzən ABŞ-yə məxsus “Sea Champion”un husilər tərəfindən raket hücumuna məruz qaldığı barədə məlumat yayıb.
Bildirilib ki, nəticədə dəyən ziyan cüzi olduğundan gəmi Ədən limanına doğru yoluna davam edib.
Mənbə: “Svejesti” “Telegram” kanalı