“Qarabağ”ın üç futbolçusu Avropa Liqasının pley-off mərhələsinin rəmzi komandasına düşüb
“Qarabağ”ın üç futbolçusu Avropa Liqasının pley-off mərhələsinin rəmzi komandasına düşüb
“Qarabağ”ın üç futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb.
Oxu.Az xəbər verir ki, qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “SofaScore” nəşrinin versiyasına əsasən 11-liyə daxil ediliblər.
Portuqaliyanın “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna əsasən, Lunyov 7,9 xalla, Yankoviç 8,0 xalla, Zubir isə 9,0 xalla qiymətləndirilib. Rəmzi komandaya düşən oyunçulardan yalnız Portuqaliya “Benfika”sının üzvü Anxel Di Mariya (9,5) fransalıdan çox xal toplayıb.
Qeyd edək ki, “Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.