Azərbaycan əhalisinin yanacaq xərcləri 10%-dən çox artıb
Azərbaycan əhalisinin yanacaq xərcləri 10%-dən çox artıb
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 227,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.
Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,0%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, iki milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 5,0% artıb.